
“Qarabağ” yaxşı komandadır” – “Çelsi”nin baş məşqçisi
“Çelsi”nin baş məşqçisi Enzo Mareska “Qarabağ”la oyundan əvvəl mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, o, “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 4-cü turunun oyunundan əvvəl fikirlərini bölüşüb:
“Qarabağ”la oyun bizim üçün vacibdir. Çünki ardıcıl üçüncü qələbəmizi qazana bilərik. Şübhəsiz ki, bəzi oyunçuları rotasiya etməliyik. Cümə günü Londona qayıdırıq və sonra şənbə günü oyunumuz var. Uyğunlaşmağa və əlimizdən gələni etməyə çalışacağıq. “Qarabağ” yaxşı komandadır. Onlar “Benfika” və “Kopenhagen”ə qalib gəliblər. “Atletik”lə matçda hesabda irəli idilər, lakin sonradan məğlub oldular. Şübhəsiz ki, çətin oyun olacaq”.
“Qarabağ” – ”Çelsi” matçı sabah keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



