“Qarabağ” yaxşı komanda olduğunu göstərdi” – “Dinamo”nun futbolçusu
“Dinamo”nun futbolçusu Marko Pyaça Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Zaqrebdə “Qarabağ” üzərində qazandıqları qələbəni (3:0) şərh edib.
Komanda.az xəbər verir ki, “Index”-ə danışan Zaqreb klubunun qollarından birinin müəlifi cavab matçına da toxunub:
“Bu matçda hər şey var idi: çoxlu şanslar və çoxlu qollar. Nəticədən razı qalmalıyıq. Daha çox qol vura bilərdik. Amma biz şikayət etmirik. Biz Bakıya inamla gedirik. Lakin hələ heç nə bitməyib. “Qarabağ” yaxşı komanda olduğunu göstərdi. Cavab oyununa yüngül yanaşmaq olmaz. İlk hissədə rəqibin çoxlu şansları oldu”.
“Qarabağ”la “Dinamo” arasında cavab matçı avqustun 28-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin