“Qarabağ” xal qazana bilməsə də, güclü və keyfiyyətli komandadır”
İsrailin “Makkabi” (Təl-Əviv) klubunun müdafiəçisi Maor Kandil Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan söz açıb.
Komanda.az xəbər verir ki, 27 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
“Məqsədimiz növbəti mərhələyə yüksəlməkdir. Sabah xal qazanmalıyıq. “Qarabağ” xal qazana bilməsə də, keyfiyyətli komandadır. Rəqib çox güclüdür. Ancaq onları analiz etmişik. Bu mövsüm Türkiyədə oynamışıq. Qısa uçuş olduğu üçün rahatdır. Bizim üçün çox vacib matç olacaq”.
Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçına Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin