“Qarabağ” və “Qəbələ”nin futbolçusu Barselonaya yollandı
AFFA rəhbərliyi yeniyetmə futbolçuların inkişafı, daha rəqabətli mühitdə məşq keçməsi məqsədilə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının iki üzvünü İspaniyanın Barselona şəhərində fəaliyyət göstərən “Marcet” Futbol Akademiyasına göndərib.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi “facebook” səhifəsi məlumat yayıb. Bunlar “Qəbələ”dən Rauf Rüstəmli və “Qarabağ”dan Musa Musazadədir.
Futbolçular adıçəkilən akademiyada noyabrın 25-dən dekabrın 22-dək (4 həftə) təcrübə keçəcək, gündəlik məşqlərlə paralel, nəzəri məşğələlərdə də iştirak edəcəklər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin