“Qarabağ” – “Vilyarreal”: Hakimlər müəyyənləşdi

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Vilyarreal”la (İspaniya) keçirəcəyi oyunun hakimləri müəyyənləşib.

Komanda.az xəbər verir ki, Türkiyədə keçiriləcək oyunu Çexiyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Pavel Orel olacaq. Ona yan xətt hakimləri Petr Blajey və İrji Krjij kömək edəcək. Dördüncü hakim funksiyasını isə Andrey Peçanets yerinə yetirəcək.

“Qarabağ” – “Vilyarreal” matçı oktyabrın 29-da, “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək. UEFA, Qarabağda davam edən döyüşlər səbəbiylə Azərbaycan klubunun ev oyunlarının neytral meydanda keçirilməsinə qərar verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button