“Qarabağ” – “Viktoriya”: Hakimlər açıqlandı

Bakıda “Qarabağ” və Çexiyanın “Viktoriya” (Plzen) komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları açıqlanıb.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.

FİFA referisi Slavko Vinçiçə Tomaj Klançnik və Andraj Kovaçiç laynsmanlar qismində köməklik göstəcək. Dördüncü hakim funksiyasını Rade Obrenoviç yerinə yetirəcək. VAR hakimləri Neyts Kaytazoviç və Yure Praprotnik olacaq.

Avqustun 17-də keçiriləcək “Qarabağ” – “Viktoriya” oyunu saat 20:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button