“Qarabağ” VAR-a görə xərcə düşdü
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:
Premyer Liqanın 34-cü turunun “Qəbələ” – “Turan Tovuz” oyununda “Qəbələ” klubunun futbolçusu Urfan Abbasov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klub 200 manat cərimə edilib.
Premyer Liqanın 34-cü turunun “Səbail” – “Qarabağ” oyununda ictimai təhlükəsizlik düzgün təşkil edilmədiyinə görə “Səbail” klubu 4000 manat cərimə edilib.
“Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra kənar şəxslər meydançaya daxil olduğuna görə “Qarabağ” klubu 1600 manat cərimə edilib.
“Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra “Qarabağ” klubunun azarkeşləri pirotexniki vasitlərdən istifadə etdiyinə görə “Qarabağ” klubu 800 manat cərimə edilib.
“Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra VAR sisteminin naqillərinin pirotexniki vasitənin yanması nəticəsində zədələnməsinə görə dəymiş zərər “Qarabağ” klubu tərəfindən qarşılanacaq.
34-cü turun “Sumqayıt” – “Sabah” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Sumqayıt” klubu 800 manat cərimə edilib.
Bizi Facebook-da izləyin