“Qarabağ” və “Legiya”nın potensialı eynidir” – Mixneviç
Polşanın “Legiya” klubunun baş məşqçisi Çeslav Mixneviç Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri matçdan əvvəl fikirlərini söyləyib.
Komanda.az xəbər verir ki, 50 yaşlı mütəxəssis bu gün baş tutan mətbuat konfransında yaxşı oyun sərgiləmək niyyətində olduqlarını bəyan edib:
“İlk konfransda komandanın müxtəlif parametrlərdə oynaya biləcəyini və matç zamanı sxemin dəyişək ehtimalının olduğunu söylədim. Sabah da belə oynamağa hazırıq. Bu barədə çox danışmaq istəmirəm. Mümkün qədər yaxşı hazırlaşmaq üçün hər şeyi edirik. Hər iki komanda eyni potensiala sahibdir. “Qarabağ”ın iki oyunçusunun görüşdə iştirakı sual altındadır. Bütün diqqətimizi bu oyunun fəlsəfəsinə yönəldirik”.
Sentyabrın 22-də Varşava təmsilçisinin baş məşqçi təyin edilən Mixneviç hər gün futbolçularla danışdığını vurğulayıb: “Məşqdən əlavə təkbətək söhbətlər etmirəm. Yaxın gələcəkdə mütləq oyunçularla yaxından tanış olacağam. Bu gün vaxtımız azdır. Çalışırıq ki, futbolçular mümkün qədər yaxşı hazırlaşsınlar”.
“Jose Kante ilə bağlı problem var. Matçda iştirak etməsi üçün sona qədər mübarizə aparacağıq, amma hələ ki, qərar verilməyib. Digər oyunçular isə sağlamdır və məşq edirlər”.
Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək “Legiya” – “Qarabağ” oyununa Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.
Bizi Facebook-da izləyin