“Qarabağ” UEFA-ya şikayət edib – Ermənilərə görə
“Qarabağ” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində ötən gün “Marsel”lə Fransada keçirilən oyun (1:3) zamanı baş verən erməni təxribatına görə UEFA-ya müraciət edib.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. Klub rəsmisi bildirib ki, tribunadakı Ermənistan bayraqlarına görə UEFA nümayəndəsinə və “Marsel”in əməkdaşlarına şifahi şəkildə etiraz bildirilib. “Qarabağ” yazılı şikayətini yaxın günlərdə edəcək.
“Qarabağ”la “Marsel” arasındakı cavab oyunu fevralın 24-də Bakıda olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin