“Qarabağ” UEFA reytinqində irəlilədi

“Qarabağ” UEFA-nın klub reytinqində 4 pillə irəliləyib.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, “köhlən atlar” avrokubokların qrup mərhələsinin sonuncu turunun matçlarından sonra açıqlanan siyahıda 61-ci sırada yer alıb. Hazırda Azərbaycan çempionunun aktivində 25.000 xal var.

Ağdam klubu Avropa Liqasının G qrupunun son turunda Bakıda Almaniya “Frayburq”u ilə heç-heçə (1:1) edib. Məhz bu nəticə “Qarabağ”ın reytinqdə irəliləməsinə səbəb olub.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda Yunanıstan PAOK-u və Rusiya “Krasnodar”ı ilə 61-63-cü yerləri bölüşür.

Cədvələ 131,000 xalla İngiltərənin “Mançester Siti” klubu başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button