Qurban Qurbanov: “Məncə, bu ölkənin çempionatının səviyyəsi hər kəsə bəllidir”

“Qarabağ” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində İsrailin “Aşdod” klubu ilə qarşılaşacaq.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov püşkü dəyərləndirib:

“UEFA Konfrans Liqası yeni turnirdir. İlk dəfə təşkil olunan turnirə tam məsuliyyətlə yanaşmalıyıq. Bizim üçün bu turnir ilk təcrübədir. Daha əvvəl İsrail təmsilçiləri ilə qarşılaşmışıq. Məncə, bu ölkənin çempionatının səviyyəsi hər kəsə bəllidir. Çox güclü klubları var. Təsadüfi deyil ki, mövsümü 3-cü pillədə başa vurublar. Amma “Aşdod” bizə tanış deyil və daha əvvəl qarşılaşmamışıq. Bu gündən etibarən rəqibi daha yaxından tanımağa, güclü və zəif tərəflərini araşdırmağa başlayacağıq. Rəqibi yaxından izlədikdən və araşdırdıqdan sonra ətraflı danışmaq olar. Bu turnirdə də azarkeşlərimizi sevindirmək istəyirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button