
“Qarabağ” üçün mümkün rəqiblər: “Makkabi”, “Şerif”, BATE…
“Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.
Komanda.az xəbər verir ki, Ağdam klubu 2-ci mərhələdə Polşa “Rakuv”unu keçsə, “Şerif” (Moldova) – “Makkabi” (Hayfa, İsrail), “Aris” (Kipr) – BATE (Belarus) cütlərinin qalibi və ya Yunanıstanın AEK komandası ilə üz-üzə gələcək.
3-cü təsnifat mərhələsinin ilk oyunları 8-9 avqustda, cavab matçları isə 15 avqustda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin