“Qarabağ” üçün 4 dəqiqənin hökmü – “Sabah”a 1000 manatlıq cərimə
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:
Azərbaycan Premyer Liqasının 18-ci turunun “Sabah” – “Qarabağ” matçında “Sabah” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
“Sabah” – “Qarabağ” matçında “Sabah” klubunun futbolçusu Erik Ramos ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçü futbolçu 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Azərbaycan Premyer Liqasının 18-ci turunun “Neftçi” – “Səbail” matçında “Səbail” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
Birinci divizionun 16-cı turunun “Səbail-2” – “Keşlə-2” matçında hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klublar 80 manat cərimə olunur.
Birinci divizionun 16-cı turunun “Şüvəlan” – “Qarabağ-2” matçında “Qarabağ-2” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
“Şüvəlan” – “Qarabağ-2” matçının ikinci hissəsi “Qarabağ-2” komandasının yubanması səbəbindən 4 dəqiqə gec başladığı üçün “Qarabağ-2” 80 manat cərimələnir.
Birinci divizionun 16-cı turunun “Turan Tovuz” – “Neftç-2” matçında “Neftçi-2” klubunun üzvü Rəhman Daşdəmirov matçın 86-cı dəqiqəsində sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan qovulduğu üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
“Turan Tovuz” – “Neftç-2” matçında lazimi inventarlar olmadığı üçün meydan sahibi klub 160 manat cərimə olunur.
Birinci divizionun 16-cı turunun “Kəpəz” – “Zaqatala” matçının iclasında qonaq komandanın nümayəndəsi iştirak etməyib. Bu səbəbdən “Zaqatala” klubu 80 manat cərimə olunur.
Birinci divizionun 16-cı turunun “Sabah-2” – “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan” klubu matçın ilkin protokolunu gec tədqim edib. Bu səbəbdən “Qaradağ Lökbatan” klubu 80 manat cərimələnir.
Bizi Facebook-da izləyin