“Qarabağ” Türkiyədəki turnirə heç-heçə ilə başladı
Türkiyənin İzmir şəhərində “İzmir Cup-2023” beynəlxalq turniri start götürüb.
Komanda.az xəbər verir ki, E qrupunda mübarizə aparan “Qarabağ” klubunun U-12 komandası ilk turda Türkiyə “Bursaspor”u ilə qarşılaşıb. Oyun 0:0 hesabı ilə başa çatıb.
“Qarabağ”ın U-12 komandası bu gün Niderlandın “Ayaks” və Serbiyanın “Srvena Zvezda” komandaları ilə qarşılaşacaq.
“Qarabağ” E qrupunda “Bursaspor”la yanaşı, “Ayaks”, “Başakşəhər”, “Portu”, “Ayntraxt”, “Srvena Zvezda”, “Manisa” və “Altınordu” ilə mübarizə aparır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin