“Qarabağ” Türkiyə klubuna rəsmi təklif göndərib – 27 yaşlı hücumçu üçün

Türkiyənin “Samsunspor” klubunun futbolçusu Ahmet Saqat karyerasını Azərbaycanda davam etdirə bilər.

Komanda.az “Ajansspor”a istinadən xəbər verir ki, “Qarabağ” artıq 27 yaşlı hücumçu üçün 1-ci liqa təmsilçisinə təklif göndərib.

“Qarabağ”la yanaşı, Belçika təmsilçisi “Mexelen”in də türkiyəli forvardla maraqlandığı deyilir.

Ağdam klubunun bu transferdə israrlı olduğu bildirilir.

Saqat ötən il “Menemenspor”dan “Samsunspor”a keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button