“Qarabağ” türkiyəli mütəxəssislə yollarını ayırdı
“Qarabağ” klubu akademiya koordinatoru Tacəddin Doğanla vidalaşıb.
Ağdam təmsilçisindən Komanda.az-a verilən məlumata görə, türkiyəli mütəxəssisin “köhlən atlar”la müqavilə müddəti başa çatıb.
Doğanla sözləşməni uzatmayan “Qarabağ” ona göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Doğan 2019-cu ildən Azərbaycan çempionunda işləyirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin