“Qarabağ” tezliklə yeni qapıçısını təqdim edəcək

Andrey Lunyovun gedişindən sonra yeni qapıçı axtaran “Qarabağ” istədiyi futbolçunu tapıb.

Komanda.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, “köhlən atlar” Portuqaliyanın “Vizela” klubundan Fabian Buntiçlə anlaşıb.

Ötən mövsüm çempionatda 28 oyunda meydana çıxan qolkiper oyun başına 2,1 qol buraxıb. 27 yaşlı qapıçının qol buraxmadığı oyun sayı 6 olsa da, bu, “Vizela”nın 2-ci liqaya düşməsinə mane ola bilməyib.

Buntiç Xorvatiyanın U-18 və U-19 milli komandalarında da forma geyinib. Futbolçu Almaniya vətəndaşlığına da sahibdir. 2013-cü ildən “Ştutqart”da yetişən qapıçı, bu komandanın U-19 komandasına kimi yüksəlib, 2016-da “İnqolştadt”a keçib. Aşağı dəstə klubunda 6 il keçirən Buntiç 2022-ci ildə “Vizela”ya yollanıb.

“Qarabağ”ın tezliklə yeni qapıçının transferini rəsmən açıqlayacağı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button