“Qarabağ” – “Sürix”: Hakimlər açıqlandı

“Qarabağ” və “Sürix” (İsveçrə) arasında Bakıda keçiriləcək UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu üçün təyinatlar açıqlanıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyun Bosniya və Herseqovinadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim İrfan Peltoya Senad İbrisimbeqoviç və Davor Belyo laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Miloş Giqoviç yerinə yetirəcək.

İyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də olacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button