21 mövsümün rekordunun təkrarı

“Qarabağ” Premyer Liqanın 2024/2025 mövsümündə 50 qol vuran ilk komanda olmaqla yanaşı, son 21 mövsümün rekordunu da təkrarlayıb.

Komanda.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam klubunun yubiley topu 19-cu turun “Şamaxı” ilə ev matçına (3:2) təsadüf edib.

50-ci qol Cəlal Hüseynovun avtoqolu ilə gerçəkləşib.

50 qol üçün “Qarabağ”a 19 matç kifayət edib. Ağdam klubu 2 il əvvəl – 2022/2023 mövsümündə də 50-ci qolunu 19-cu oyununda vurub.

Ölkə çempionatları tarixində isə 10-cu dəfə bir komanda 50 qol səddinə 19 və ya daha az oyunda çatıb. Mütləq rekord 1996/1997 mövsümündə qeydə alınıb. “Neftçi” 50-ci qolunu 13-cü turda vurub. “Kəpəz” 15-ci (1995/1996) və 16-cı (1998/1999) oyununda “100”ü yarılayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button