
“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində!
“Qarabağ” bu gün Çempionlar Liqasında növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, Azərbaycan çempionu ÇL-in 3-cü təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşıb.
Komandalar arasında Skopye keçirilmiş ilk oyunda Ağdam klubu 1:0 hesablı qələbəyə sevinmişdi. “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən cavab görüşündə bu üstünlüyünü böyük hesablı qələbə ilə qorumaqla mərhələ adlayıb.
“Qarabağ” növbəti mərhələdə “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
12 avqust
Qarabağ – Şkendiya 5:1
Qollar: Klisman Keyk, 16-öz qapısına. Kadi Borges, 18. Nəriman Axundzadə, 33. Marko Yankoviç, 35-pen. Leandro Andrade, 59 – Fabris Tamba, 10.
Baş hakim: Danni Makkelie (Niderland).
Tofiq Bəhramov adına Respublika Stadionu.
Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 3. Semi Mmaee, 6. Kris Kuaku, 11. Emmanuel Addai, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Şkendiya: 24. Babukar Qaye, 2. Aleksander Trumçi, 4. Reşat Ramadani, 5. Klisman Keyk, 7. Besart İbraimi (k), 11. Ronaldo Uebster, 15. İmran Fetai, 17. Arbin Zeynullai, 28. Kamer Qaka, 29. Fabris Tamba, 77. Liridon Latifi.
Ehtiyat oyunçular: 25. Astrit Amzai, 30. Ferat Ramani, 6. Alhassan Adamu, 8. Florent Ramadani, 9. Fiton Ademi, 10. Endrit Krasniqi, 16. Mevlan Murati, 19. Vane Krstevski, 22. Numan Ayetovik, 26. Anes Meliqi, 27. Lorik Kaba, 38. Amir Nuhiya.
Baş məşqçi: Jeton Beqiri.
Bizi Facebook-da izləyin