“Qarabağ” Sevilyaya çatdı

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Sevilya”nın qonağı olacaq “Qarabağ” artıq İspaniyadadı.

Komanda.az xəbər verir ki, saat 16:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan çarter reysi ilə Sevilyaya yollanan Ağdam təmsilçisi 6,5 saatlıq uçuşdan sonra bir qədər əvvəl mənzil başına çatıb.

Qeyd edək ki, sabah Bakı vaxtı ilə saat 21:40-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, bundan 20 dəqiqə sonra isə komandanın açıq məşqi olacaq.

Noyabrın 28-də “Xuan Sançes Pisxuan” stadionunda keçiriləcək “Sevilya” – “Qarabağ” matçına saat 00:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button