“Qarabağ” Şahruddini itirdi – 2 ay oynamayacaq

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev ciddi zədə alıb.

Komanda.az xəbər verir ki, 29 yaşlı qolkiperin məşq zamanı qolu sınıb.

Bu üzdən də o, yaxın günlərdə əməliyyat olunacaq. Təcrübəli qapıçının təqribən 2 ay yaşıl meydanlardan kənarda qalacağı ehtimal olunur. Bu isə o deməkdir ki, qolkiper Avropa Konfrans Liqasının pley-off mərhələsində Belçika “Gent”inə qarşı hər iki matçı buraxacaq. Qarşılaşmalar müvafiq olaraq, 16 və 23 fevralda keçiriləcək.

Xatırladaq ki, Azərbaycan milli komandasının da üzvü olan Şahruddin bir müddət öncə Ağdam klubu ilə yeni müqavilə bağlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button