“Qarabağ” “Sabah” üçün hazırlığa başladı
“Qarabağ” Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində qarşılaşacağı “Sabah”la oyun üçün hazırlığa start verib.
Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi bir günlük fasilənin ardından klubun bazasında bir araya gəlib. Axşam saatlarında baş tutan hazırlıqda futbolçular isinmə hərəkətlərinin ardından toplu çalışmaları yerinə yetirib. Məşq ikitərəfli oyunla başa çatıb.
“Qarabağ”ın zədəli futbolçusu Miçel məşqdə iştirak etməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin