“Qarabağ” – “Sabah” matçı qol sayına görə tarixə düşüb

Azərbaycan kubokunun 2024/2025 mövsümünün finalında 5 qol vurulub.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Sabah”ın “Qarabağ”a əlavə vaxtda 3:2 hesabı ilə qalib gəldiyi matç turnirin tarixinə düşüb.

Bu görüş əsas və əlavə vaxtında ən çox qol vurulan final oyunu olub. 1992-ci ildən keçirilən kubokun əvvəlki həlledici qarşılaşmalarında bu qədər qol vurulmayıb.

Bunadək ən məhsuldar finalda 4 qol qeydə alınıb. 2014/2015 mövsümündə “Qarabağ” “Neftçi”ni 3:1 hesabı ilə məğlub edib.

Ümumilikdə 31 finalda 62 qol vurulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button