“Qarabağ” sabah 2 oyuna çıxacaq

Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ”ın Antalya şəhərində keçirəcəyi növbəti 2 yoxlama matçının vaxtı müəyyənləşib.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi sabah iki oyunda qüvvəsini sınayacaq.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv saat 13:30-da Serbiyanın “Baçka Topola”, saat 19:00-da isə Polşanın “Şlyonsk” komandası ilə üz-üzə gələcək.

“Qarabağ” Türkiyədə keçirdiyi ilk yoxlama oyununda Rumıniyanın “Qaz Metan” komandası ilə heç-heçə edib – 0:0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button