
“Qarabağ” səddini keçmək lazımdır”
“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan “Marsel”in futbolçusu Sedrik Bakambu Fransadakı matç (3:1) barədə danışıb.
Komanda.az xəbər verir ki, 31 yaşlı hücumçu yerli mətbuata açıqlamasında, “Qarabağ”ı keçərək, növbəti mərhələyə yüksəlməyin vacibliyini vurğulayıb:
“Qarabağ” səddini keçmək lazımdır. Oyundan əvvəl heç vaxt güclü olduğunu deyə bilməzsən. Rəqiblərinizi həmişə qiymətləndirməlisiz”.
“Qarabağ”la “Marsel” arasında cavab matçı fevralın 24-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin