“Qarabağ” “Rakuv”la oyun üçün Polşaya getdi
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşa “Rakuv”u ilə qarşılaşacaq “Qarabağ” ilk oyun üçün səfərə yollanıb.
Komanda.az xəbər verir ki, Azərbaycan çempionunu Polşaya aparan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb.
Bu gün ağdamlıların “Miejski” stadionunda oyunöncəsi son məşqi olacaq. Məşq saat 22:00-a nəzərdə tutulub. Bundan əvvəl isə baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı təşkil olunacaq.
İyulun 26-da keçiriləcək “Rakuv” – “Qarabağ” matçı saat 22:15-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin