“Qarabağ” – “Rakuv” matçına satılan biletlərin sayı məlum oldu
“Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda “Rakuv”u (Polşa) qəbul edəcək.
Komanda.az xəbər verir ki, Polşa klubu ilə matç üçün bilet satışı davam edir. Artıq qarşılaşma üçün 22 min bilet satılıb. Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Bakı Olimpiya Stadionunda təşkil olunacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manatdır.
İyulun 2-də oynanılacaq görüş saat 20:00-da start götürəcək. “Köhlən atlar” Polşadakı ilk oyunda məğlub olub – 2:3.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin