“Qarabağ”dan ayrılacağı gözlənilən Ozobiçlə bağlı AÇIQLAMA

Yerli mətbuatda xorvat futbolçu Filip Ozobiçin “Qarabağ”dan ayrılması ilə bağlı xəbər yayılıb. Bildirilib ki, Azərbaycan millisinin də formasını geyinən oyunçu ilə cari mövsümün sonunda sözləşmə yenilənməyəcək.

Məsələ ilə bağlı “köhlən atlar”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq. O, Komanda.az-a açıqlamasında bildirib ki, hazırda sözügedən mövzu ilə əlaqədar danışıqlar aparılmayıb:

“Təkcə Filip Ozobiç yox, 2022/23 mövsümünün sonunda “Qarabağ”la müqaviləsi bitəcək başqa futbolçularımız da var. Ümumiyyətlə, hələ bununla bağlı danışıqlar aparılmayıb. Çünki Azərbaycan Premyer Liqasında bizi çox vacib oyunlar gözləyir. Zamanı gəldikdə həm Filip Ozobiçlə, həm də müqaviləsi sona çatacaq digər oyunçularla danışıqlar olacaq”.

Ağdam təmsilçisi hazırda Azərbaycan çempionatının turnir cədvəlində 74 xalla birinci yerdədir.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button