“Qarabağ” rəsmisinə 5 oyunluq cəza verildi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, İntizam Komitəsinin bu gün keçirilən iclasında 1-ci divizionun son turunda baş verən qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

Birinci divizionun 24-cü turunun “Neftçi-2” – “Zirə-2” oyununda “Neftçi-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

“Neftçi-2” komandasının futbolçusu Hüseyn Əhmədov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

“Neftçi-2” – “Zirə-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur.

24-cü turun “Qarabağ-2” – “Sabah-2” oyununda “Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

“Qarabağ-2” – “Sabah-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur.

“Qarabağ-2” komandasının məşqçisi Vüqar Rüstəmov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 80 manat cərimə olunur.

“Qarabağ-2” komandasının rəsmisi Uğur Təhməzov hakimlər briqadasını təhqir etdiyi üçün 5 oyun cəzalanır, klub 400 manat cərimə olunur.

24-cü turun “Kəpəz” – MOİK oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur.

“Kəpəz” – MOİK oyununda dopinq nəzarət otağı hazır olmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunur.

24-cü turun “Qaradağ Lökbatan” – “Qəbələ-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur.

“Qaradağ Lökbatan” – “Qəbələ-2” oyununda meydança vaxtında sulanmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunur.

“Qəbələ-2” komandasının futbolçusu Salman Ələsgərov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button