“Qarabağ” rəsmisi: “Danışıqlar gedir”
UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları başa çatdı. Turnirdə yeganə təmsilçimiz olan “Qarabağ”, Albaniyanın “Partizani” klubu ilə səfərdə keçirdiyi ilk oyunda qolsuz heç-heçəyə razılaşdı. Yay transfer pəncərəsi dövründə cəmi iki transfer reallaşdıran Ağdam təmsilçisi, Xayme Romeronu və Ailton Silvanı heyətinə qatıb. İndi hamını düşündürən əsas sual isə komandaya yeni mərkəz hücumçusunun transfer edilməsi ilə bağlıdır. Ümumiyyətlə, “köhlən atlar” mərkəz hücumçusu transfer edəcəkmi? Danışıqlar aparılan futbolçular varmı?
Bu məsələylə bağlı klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimova müraciət etdik. Klub rəsmisi Komanda.az-a açıqlamasında, bütün mövqelərə futbolçu axtarışlarının getdiyini bildirdi:
“Ümumiyyətlə, bütün mövqelərə futbolçu axtarırıq. Təkcə hücum deyil, digər mövqelər üçün də futbolçularla danışıqlar gedir. Bütün mövqelərə tələblərimiz var deyə, deməzdim ki, komandaya sırf mərkəz hücumçusu axtarışındayıq. Dediyim kimi, danışıqlar gedir”.
Bizi Facebook-da izləyin