
“Qarabağ” “Qalatasaray”la BOS-da qarşılaşacaq
Martın sonunda “Qarabağ”la Türkiyənin “Qalatasaray” komandası arasında xeyriyyə matçı keçiriləcək.
Komanda.az xəbər verir ki, görüş Bakı Olimpiya Stadionunda baş tutacaq. Ayın 26-da keçirilməsi nəzərdə tutulan görüş saat 20:00-da başlayacaq.
Bilet satışından əldə olunan gəlir zəlzələdən əziyyət çəkənlər üçün təsis edilmiş yardım fonduna köçürüləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin