“Qarabağ” – “Qəbələ” matçının hakimləri bilindi
Futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı turun iki oyununun təyinatları müəyyənləşib.
Komanda.az xəbər verir ki, “Qarabağ” – “Qəbələ” matçı Rəşad Əhmədova, “Səbail” – “Keşlə” görüşü isə Səbuhi Bayramova tapşırılıb.
Qeyd edək ki, bu turun “Neftçi” – “Sabah” və “Sumqayıt” – “Zirə” matçları oktyabrın 18-də keçiriləcək.
Azərbaycan Premyer Liqası
6-cı tur
17 oktyabr
Səbail – Keşlə
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Rauf Cabarov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Bakı. “ASCO Arena”, 14:00.
Qarabağ – Qəbələ
Hakimlər: Rəşad Əhmədov, Pərvin Talıbov, Cavanşir Yusifov, Elçin Məsiyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Bakı. “Azersun Arena”, 16:00.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin