“Qarabağ” Portuqaliya klubunun futbolçusu ilə anlaşıb

“Qarabağ” klubu Portuqaliya “Şaveş”ində çıxış edən braziliyalı futbolçu Juninyonu heyətinə qatır.

Komanda.az “O Jogo” nəşrinə istinadən xəbər verir ki, Ağdam klubu 27 yaşlı hücumameylli yarımmüdafiəçi ilə anlaşıb.

“Qarabağ”ın futbolçu üçün qarşı tərəfə 500 000 avro təzminat ödəyəcəyi bildirilib.

İddiaya görə, “Qarabağ” braziliyalını hələ ötən yay heyətinə qatmaq istəyib. Amma müəyyən səbəblərdən transfer baş tutmayıb.

Juninyo daha əvvəl ölkəsinin “Atletiko Paranaense”, “Portimonense”, “Villa Nova” komandalarında, həmçinin Portuqaliya “Eştoril”ində çıxış edib. O, “Şaveş”in heyətində 76 oyunda 12 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button