“Qarabağ” Polşa klubuna uduzdu

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi ikinci sınağında Polşa “Legiya”sı ilə qarşılaşıb.

“Kössen Arena”da oynanılan görüş “köhlən atlar”ın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Xatırladaq ki, Ağdam klubu Avstriyadakı ilk matçında Macarıstan “Ferentsvaroş”u ilə 3:3 hesablı heç-heçə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button