Çempionlar Liqası: “Köhlən atlar” büdrəmədi
“Qarabağ” bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb.
Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi “Dalğa Arena”da Albaniyanın “Partizani”ni klubunu qəbul edib. Komandalar arasındakı ilk oyun qolsuz bərabərliklə başa çatmışdı. Bu üzdən də Azərbaycan çempionuna mərhələ adlamaq üçün mütləq qələbə lazım idi. Qurban Qurbanovun yetirmələri buna inamlı qələbə ilə nail olublar.
“Qarabağ” 2-ci təsnifat mərhələsində “Riqa” (Latviya) – “Dandalk” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. “Partizani” isə Avropa Liqasının 2-ci təsnifat mərhələsində Moldovanın “Şerif” klubu ilə üz-üzə gələcək.
Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi, cavab oyunu
17 iyul
Qarabağ – Partizani (Albaniya) 2:0
Qol: Filip Ozobiç, 51. Dani Kintana, 90+4.
Baş hakim: Dumitru Muntean (Moldova)
İlk oyun – 0:0
Qarabağ: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 8. Miçel, 9. Xayme Romero, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 10. Dani Kintana, 11. Mahir Emreli, 21. Hacıağa Hacıyev, 30. Abbas Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov
Partizani: 12. Alban Hoca (k), 2. Eqzon Belitsa, 7. Erald Çinari, 9. Teofilus Solomon, 10. Yasir Asani, 17. Bruno Teluşi, 20. Esat Mala, 22. Labinot İbrahimi, 23. Ersin Hakay, 26. Villiam Kordeyro, 33. Eneo Bitri.
Ehtiyat oyunçular: 1. Daşamir Cika, 4. Ron Broxa, 19. Lorens Traşi, 38. Kristi Kote, 66. Yozef Ekuban, 90. Emmanuel Mensah, 99. Brayan Braun.
Baş məşqçi: Franko Lerda.
Bizi Facebook-da izləyin