“Qarabağ” – “Partizani”: Hakimlər açıqlandı

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Qarabağ” – “Partizani” (Albaniya) matçının hakimləri məlum olub.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanı Moldovadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Dumitru Muntean olacaq. Ona Vladislav Lifçiu və Andrey Bodean kömək edəcək. 4-cü hakim funksiyasını isə Aleksandru Tean yerinə yetirəcək.

“Qarabağ” – “Partizani” oyunu iyulun 17-də “Dalğa Arena”da keçiriləcək. Komandalar arasında keçirilən ilk görüş qolsuz bərabərliklə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button