“Qarabağ” öz rekordunu təkrarlayıb

“Qarabağ” Azərbaycan çempionatında rekordunu təkrarlayıb.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda buna “Sabah”la heç-heçə etdikləri (1:1) Misli Premyer Liqasının 24-cü turunun oyununda nail olub.

Ağdam təmsilçisi çempionatda 60-cı qolunu vurub. Bu topa Abdullah Zubir imza atıb.

Bununla da “Qarabağ” tarixinin rekordunu təkrarlayıb. Ağdam klubu 2003/2004, 2021/2022 və 2023/2024 mövsümlərində də “60”a 24-cü oyunda çatıb. Ötən mövsümdə bu rəqəm hətta 61-ə yüksəlib.

Azərbaycan çempionatları tarixinin rekordu isə “Kəpəz”ə məxsusdur. Gəncə klubu 1995/96 mövsümündə 60-cı qolunu 17-ci matçda vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button