“Qarabağ” orta səviyyədən yüksək komandadır” – “Sürix”in prezidenti

“FİFA prezidenti Canni İnfantino bir neçə gün əvvəl bizimlə əlaqə saxlayaraq, “Qarabağ”la Letsiqrunddakı oyunu stadiondan canlı izləmək istədiyini dedi. Təbii ki, buna çox sevindik”.

Komanda.az xəbər verir ki, bunu “Sürix”in prezidenti Ancillo Kanepa “Blick” nəşrinə açıqlamasında deyib.

O, komandasının Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”a məğlub olmasını dəyərləndirib. Kanepa Azərbaycan çempionunun onlardan güclü olduğunu etiraf edib:

“Qarabağ”a məğlubiyyətə görə məyus olduq. Daha yaxşısını edə bilərdik. Ancaq onu da qəbul etmək lazımdır ki, “Qarabağ” orta səviyyədən yüksək komandadır. Düzdür, bu rəqibi keçmək olardı. Əla formada olan 11 oyunçu ilə irəliləyəcəkdik. Sadəcə, komandamızda keyfiyyət yox, təcrübə çatışmazlığı oldu. Heyətimizdə beynəlxalq səviyyədə təcrübəyə malik oyunçular var. Buna baxmayaraq, onlar gözlənilən performansı ortaya qoymadılar”.

Bakıda “Sürix”i 3:2 hesabı ilə məğlub edən “Qarabağ” səfərdə 120 dəqiqəlik mübarizədə 2:2 hesablı bərabərə qalaraq, 3-cü mərhələyə adlayıb. Ağdam klubu 3-cü mərhələdə Macarıstan çempionu “Ferensvaroş”la qarşılaşacaq. “Sürix” isə mübarizəni Avropa Liqasında davam etdirəcək.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button