“Qarabağ” onunla yeni müqavilə imzalandığını rəsmən açıqladı

“Qarabağ” yarımmüdafiəçisi Qara Qarayevlə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, “Qarabağ” 26 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsini 2021-ci ilə qədər uzadıb.

“Qarabağ”ın yetirməsi olan Qarayev 2011-ci ildən əsas heyətə cəlb olunub. Milli komandamızın üzvü “Qarabağ”la 6 dəfə Premyer Liqanın, 3 dəfə ölkə kubokunun qalibi olub. O, bu komanda ilə ümumilikdə, çıxdığı 320 rəsmi oyunda 2 qol vurub.

Xatırladaq ki, Ağdam klubunun yetirməsi olan futbolçu ilə müqavilənin müddəti bu ilin iyununda başa çatırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button