“Qarabağ” – “Olimpiakos” oyunu ilk 5-likdə

UEFA Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.

Komanda.az xəbər verir ki, 16 oyunda ümumilikdə 400 000-dən çox tamaşaçı iştirak edib.

İlk 5-likdə Bakıda “Qarabağ” və Yunanıstan “Olimpiakos”u arasında keçirilmiş G qrupunun qarşılaşması da yer alıb. Tofiq Bəhramov adına Respublika stadionundakı oyunu 31 200 azarkeş izləyib.

Ən çox fanat isə “Mançester Yunayted” – “Omoniya” oyununda qeydə alınıb. İngiltərədəki matçda 74 310 azarkeş olub.

“Qarabağ” – “Olimpiakos” matçında qalib müəyyənləşməyib – 0:0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button