“Qarabağ” – “Olimpiakos” matçına cəmi 2 min bilet qalıb

Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Olimpiakos” (Yunanıstan) matçına 29 min bilet satılıb.

Komanda.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, sabahdan etibarən son 2 min bilet satışda olacaq. Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir. 29-38-ci sektorlarda olan biletləri onlayn deyil, yalnız kassalardan ala bilərsiniz.

Satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);
Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində satılır (11:00-22:00).

Oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna saat 20:45-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button