“Qarabağ” Norveçdən 1 xalla qayıdır
“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, “köhlən atlar” Norveçdə “Molde”nin qonağı olub.
6 xala malik komandalar H qrupunda 2-3-cü yerləri bölüşdürürdülər. “Qarabağ” qələbə qazanacağı təqdirdə Avropa Liqasının pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirəcəkdi.
Oyunda hesabı da Azərbaycan təmsilçisi açıb. Amma meydan sahibləri matçın sonlarında iki qol vurmağı bacarıblar. Ruhdan düşməyən Azərbaycan təmsilçisi əlavə vaxtda hesaba tarazlıq gətirməyi bacarıb. Beləcə, “Qarabağ” çətin səfərdən vacib heç-heçə ilə qayıdıb və ikinci pillədəki mövqeyini qoruyub.
Qrupun digər matçında Almaniya “Bayer”i İsveçdə “Hakken”in qonağı olub və qələbə qazanıb – 2:0.
Avropa Liqası, qrup mərhələsi, 5-ci tur
30 noyabr
Molde (Norveç) – Qarabağ 2:2
Qollar: Kristian Eriksen, 82; 87 – Olavio Juninyo, 12. Bəhlul Mustafazadə, 90+5.
Baş hakim: Erik Lambrexts (Belçika)
Norveç. Molde stadionu.
Molde: 12. Oliver Petersen, 3. Kasper Öyvann, 6. Martin Ellinqsen, 7. Maqnus Eykrem (k), 9. Veton Berişa, 16. Emil Breyvik, 19. Eyrik Hauqan, 20. Kristian Eriksen, 22. Maqnus Qrödem, 28. Kristoffer Hauqen, 31. Matias Lovik.
Ehtiyat oyunçular: 34. Peter Lervik, 2. Martin Byörnbak, 10. Erik Kitolano, 25. Anders Haqelskyaer, 33. Niklas Edeqor, 36. Filip Kristoffersen, 37. Leon Hovland, 46. Andreas Miklebust, 50. Qustav Niheym.
Baş məşqçi: Erlinq Moe
Qarabağ: 99. Andrey Lunyov, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Olavio Juninyo, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 66. Patrik Andrade, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 2. Mateus Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 17. Hamidu Keyta, 19. Redon Cica, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Bizi Facebook-da izləyin