“Qarabağ” – “Neftçi” oyunlarında indiyədək 3 futbolçu het-trik edib

“Qarabağ” və “Neftçi” komandaları arasında indiyədək keçirilmiş oyunlarda üç futbolçu het-trik edib.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan derbilərində bunu ancaq Ağdam klubunun oyunçuları bacarıb.

“Köhlət atlar”ın sabiq üzvləri Georgi Adamiya, Reynaldo Silva və Filip Ozobiç “ağ-qaralar”a qarşı bir matçda üç qol vura biliblər.

Tərəflərin duelində il dubla isə Yunis Hüseynov (“Neftçi”) 1994-cü ildə imza atıb. Qarşılaşma Bakı klubunun 3:2 hesablı qələbəsi ilə bitib. “Qarabağ”ın ilk dublu isə bir il sonra Müşfiq Hüseynovun aktivinə yazılıb. Həmin görüşdə qalib müəyyənləşməyib – 2:2

Yalnız iki futbolçu 2 dəfə dubla yadda qalıb. Bunlar Mahir Emreli və Kadi Borgesdir (hər ikisi “Qarabağ”).

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da derbidə dubl edib. O, 2004-cü ildə 3:1 hesabı ilə qalib gəldikləri matçda “Neftçi”nin futbolçusu kimi fərqlənib.

Misli Premyer Liqasının 11-ci turunun “Qarabağ” – “Neftçi” oyunu noyabrın 9-da baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button