“Qarabağ” – “Neftçi” matçında baş verənlərlə bağlı “hökm oxundu”
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:
Azərbaycan Premyer Liqasının 15-ci turunun “Zirə” – “Sabah” matçında “Zirə” və “Sabah” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunur.
Oyunun 25-ci dəqiqəsində “Sabah” klubunun futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Oyunun 62-ci dəqiqəsində “Zirə” klubunun Vüqar Mustafayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur.
“Zirə” və “Sabah” klubları matçın protokolunu vaxtında təqdim etmədiklərinə görə hər iki klub 800 manat cərimə olunur.
Azərbaycan Premyer Liqasının 15-ci turunun “Qəbələ” – “Sumqayıt” matçında hakimlər otağında lazımı inventarlar olmadığına görə klub 1600 manat cərimə olunur.
Azərbaycan Premyer Liqasının 15-ci turunun “Qarabağ” – “Neftçi” matçının 70-ci dəqiqəsində “Neftçi” klubunun futbolçusu Anton Krivotsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Oyunun 90+2-ci dəqiqəsində “Qarabağ” klubunun futbolçusu Qara Qarayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Oyunun 10-cu dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur.
Oyundan əvvəl “Qarabağ” klubunun məşqçisi Mario Dobromirov hakimlər otağına icazəsiz daxil olduğuna görə klub 1600 manat cərimə olunur.
Bizi Facebook-da izləyin