
“Qarabağ” – “Neftçi” matçına bilet qalmadı
Azərbaycan Premyer Liqasının Zəfər Turu (11-ci) çərçivəsində “Azərsun Arena”da keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu üçün satışa çıxarılmış bütün biletlər satılıb.
Komanda.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qarşılaşma 9 noyabr tarixində, saat 18:44-də start götürəcək.
Arenanın qapıları azarkeşlər üçün oyunun start fitindən 90 dəqiqə əvvəl açılacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



