“Qarabağ” nəyə qadir olduğunu göstərib” – Paredes

“Bu, çox vacib, demək olar ki, həyati oyundur. Çünki bizim sıfır xalımız var. Evdə güclü olmalıyıq, Üç xal qazanmaq istəyirik və bunun üçün qələbəyə oynayacağıq”.

Komanda.az xəbər verir ki, bu sözləri “Atletik”in futbolçusu Aytor Paredes UEFA Çempionlar Liqasının Liqa mərhələsiin 3-cü turunda “Qarabağ”la oyunla bağlı təşkil olunmuş mətbuat konfransında deyib.

İspaniya millisinin də üzvü olan 25 yaşlı müdafiəçi deyib ki, azarkeşlərinin dəstəyi ilə meydana çıxacaqlar:

“Onların verdiyi enerji bizə əlavə güc qatacaq. Cəsarətli olmalı, qorxmadan irəli getməli və qollar vurmağa çalışmalıyıq”.

O, “Qarabağ”dan çəkindiklərini gizlətməyib və rəqibləri barədə müsbət fikirlər səsləndirib:

“Bəziləri “Qarabağ”ı az ciddiyə alır, amma biz paltardəyişmə otağında bunu etmirik. Təzyiq altında olmasaq da, buna zərurət var. Evdə hələ üç oyunumuz var və bunlardan maksimum yararlanmalıyıq. Çünki Çempionlar Liqasında səfərdə qələbə qazanmaq çox çətindir. Daha aqressiv və “dişli” olmalıyıq”.

“Qarabağ” barədə fikirlərini davam etdirən Paredes bildirib:

“Onların 6 xalı olması sürpriz deyil, biz də istərdik o qədər xalımız olsun. Rəqibi çətin komanda kimi görürük, çünki bunu nəticələrlə sübut ediblər. Bilbaoya sadəcə oynamaq üçün gəlməyiblər, onlar da qazanmaq istəyirlər. Biz özümüzü favorit hesab etmirik. Bu, maraqlı və çətin bir oyun olacaq.

Onlar sona qədər mübarizə aparan komandadır, çətin anlarda da oyundan düşmürlər, sabit oynayırlar və qol vurmaq gücünə malikdilər. Bütün Çempionlar Liqası komandaları kimi onların da yaxşı tərəfləri var. Biz onları hörmətlə qarşılayırıq, çünki nəyə qadir olduqlarını göstəriblər”.

“Atletik” – “Qarabağ” oyunu oktyabrın 22-də, saat 20:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button