“Qarabağ” – “Molde” oyununa neçə bilet satılıb?

Avropa Liqasının 1-ci turunda keçiriləcək “Qarabağ” – “Molde” (Norveç) matçına bilet satışı davam edir.

Ağdam klubunun mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, artıq qarşılaşma üçün 16000 bilet satılıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

“Qarabağ” – “Molde” oyunu sentyabrın 21-də, saat 20:45 də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button