
“Qarabağ” “Molde” matçına ciddi itki ilə yollanacaq
“Qarabağ” Avropa Liqası qrup mərhələsinin 4-cü turunun “Bayer”lə matçında (0:1) ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, Ağdam təmsilçisinin yarımmüdafiəçisi Julio Romao cəzalı duruma düşüb.
25 yaşlı futbolçu qrup mərhələsində 3-cü dəfə sarı vərəqə görüb. Romao 5-ci turun “Molde” ilə səfər matçında komandaya kömək edə bilməyəcək.
“Molde” – “Qarabağ” qarşılaşması 30 noyabr tarixində, saat 00:00-da baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin