“Qarabağ” – “Marsel” oyunundan əvvəl konsert olacaq
Bakıda “Qarabağ” və Fransanın “Olimpik” (Marsel) komandaları arasında keçiriləcək Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa gələcək azarkeşləri sürpriz gözləyir.
Komanda.az xəbər verir ki, matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunda tanınmış müğənnilər Abbas Bağırov, Samirə Əfəndi və Samir Cəfərovun iştirakı ilə konsert proqramı təşkil olunacaq.
Qeyd edək ki, fevralın 24-də gerçəkləşəcək “Qarabağ” – “Olimpik” (Marsel) matçı saat 21:45-də başlanacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin